BolgeXeber.Com » Xəbərlər » ANAMA-nın avtobusu Laçında qəzaya uğradı: yaralılar var

ANAMA-nın avtobusu Laçında qəzaya uğradı: yaralılar var

16-09-2023, 15:48
Oxunub: 1 720
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.

Bolgə.TV xəbər verir ki, bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb. Avtobusda olan Agentliyin 3 əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.