BolgeXeber.Com » Xəbərlər » Ermənilər Bakıdan yanacaq və qida istədi

Ermənilər Bakıdan yanacaq və qida istədi

21-09-2023, 16:54
Oxunub: 1 552
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri yanacağa ehtiyaclarının olduğunu bildiriblər.

Bolgə.TV xəbər verir ki, bu barədə Qarabağın erməni sakinlərini Yevlaxda keçirilən görüşdə təmsil edən Sergey Martirosyan və David Melkumyan Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri ilə keçirilən görüşdə deyiblər.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.

Bundan başqa, onlar qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.