"Erməni qələbə rəmzi" Hərbi Qənimətlər Parkında
23-09-2023, 13:54
Oxunub: 880
Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
Bolgə.TV xəbər verir ki, texnika nümayiş olunması üçün parkda quraşdırılıb.
Qeyd edək ki, bu, Şuşa şəhərinə girmək istəyən ilk tankdır. Milli Qəhrəman Albert Aqarunov bu tankı məhv etmişdi. 1992-ci ildəki işgaldan sonra isə ermənilər həmin tankı bərpa edərək, Şuşa şəhərinin girişində "qələbə simvolu" olaraq abidə kimi qoymuşdu. Ötən gün isə həmin "tank abidəsi" götürülərək, Bakıya gətirilib.