BolgeXeber.Com » Xəbərlər » Xankəndidə partlayış: Türkiyə Azərbaycana başsağlığı verdi

Xankəndidə partlayış: Türkiyə Azərbaycana başsağlığı verdi

27-09-2023, 14:52
Oxunub: 1 360
Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, yüzlərlə insanın ağır yaralanmasına kədərləndik.

Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türkiyə lazım gələrsə, lazımi yardımı göstərməyə hazırdır”, - bəyanatda vurğulanıb.