BolgeXeber.Com » Xəbərlər » Gələn il 59 şəhər və rayon büdcədən vəsait almayacaq

Gələn il 59 şəhər və rayon büdcədən vəsait almayacaq

14-10-2023, 13:47
Oxunub: 1 640
2024-cü ildə Azərbaycanda 66 şəhər və rayondan cəmi 7-si öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.

Bolgə.TV xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Yardımlı və Zəngilandır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 9,35 milyon manat vəsait nəzərdə tutulub.

Beləliklə, 59 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.