BolgeXeber.Com » Xəbərlər » Sabirabadda güclü partlayış baş verib- Xəsarət alan var

Sabirabadda güclü partlayış baş verib- Xəsarət alan var

6-11-2023, 09:09
Oxunub: 2 496

Sabirabadda qaz partlayışı baş verib. Hadisə nəticəsində bir qadın yanıq xəsarətləri alıb.

Bolgə.TV xəbər verir ki, partlayış ötən gün Sabirabad şəhəri Heydər Həmidov küçəsi, ev 59-da qeydə alınıb. Partlayış evin mətbəx hissəsində baş verib. Həmin zaman mətbəxdə olan ev sahibi Südabə Zərbəliyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır