Laçında əmək yarmarkası keçirilib
24-11-2023, 11:40
Oxunub: 1 496
Laçın şəhərində əmək yarmarkası keçirilir.
Bolgə.TV xəbər verir ki, yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil edilib.
Məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 16 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən artıq vakansiya təqdim olunub.
Tədbirin keçirilməsində əsas məqsəd Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirlərinin davam etdirilməsidir.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilir, uyğun namizədlərin qeydiyyatı aparılır. Həmçinin iştirakçılara agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər