BolgeXeber.Com » Xəbərlər » Qarasu çayının sahilindən yivli silah aşkarlanıb

Qarasu çayının sahilindən yivli silah aşkarlanıb

24-11-2023, 17:53
Oxunub: 1 904

Qarasu çayının sahilindən yivli silah aşkarlanıb

Zərdab Rayon Polis Şöbəsinə rayonun Qumlu yaşayış massivinin ərazisindən keçən Qarasu çayının sahilindən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd yivli tüfəng, eləcə də 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.