BolgeXeber.Com » Xəbərlər » Bakı metrosunda daha bir YENİLİK

Bakı metrosunda daha bir YENİLİK

29-11-2023, 10:35
Oxunub: 1 536

Bu gün Bakı Metropoliteni QSC-nin “Nizami” stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə veriləcək.

Bolgə.TV QSC-yə istinadən xəbər verir ki, bu, “Əlçatan metro” layihəsi çərçivəsində baş tutacaq.

Mərasimdə layihədə yaxından iştirak etmiş əlil arabası istifadəçisi Cəmilə Məmmədli iştirak edəcək.