Maşın almaq istəyənlərə XƏBƏRDARLIQ
30-11-2023, 10:47
Oxunub: 2 736
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, polisə müraciət edən zərərçəkmişlər avtomobil elanları saytında nəqliyyat vasitəsi almaq üçün tanımadıqları şəxsə onlayn yolla beh göndərdiklərini və daha sonra onunla əlaqə saxlamağın mümkün olmadığını bildiriblər.
Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq edən Samux rayon sakini Azər Əliyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, A.Əliyev avtomobil elanları saytında digər satıcılara məxsus avtomobillərin fotoşəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edib. Saxlanılan şəxs avtomobilləri almaq istəyən alıcılardan öncə müxtəlif məbləğlərdə beh tələb edib, daha sonra isə guya etibarnamə vermək üçün onlardan şəxsiyyət vəsiqələrinin fotoşəkillərini istəyib. İz itirmək məqsədilə həmin şəxsiyyət vəsiqələrindən istifadə edərək zərərçəkmişlərin adına onlayn ödəmə sistemlərində hesablar yaradıb və növbəti dəfə avtomobil almaq istəyən şəxslər də ilkin ödənişi məhz həmin hesablara göndəriblər. Alıcılardan beh aldıqdan sonra isə A.Əliyev telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.
Azər Əliyevin digər vətəndaşlara qarşı da analoji əməllər törətdiyi istisna edilmir. Zərərçəkən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.
Vətəndaşlara isə bir daha tövsiyə olunur ki, elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər