BolgeXeber.Com » Xəbərlər » Goranboyda ağac kəsərək təbiətə ziyan vuran şəxs saxlanılıb

Goranboyda ağac kəsərək təbiətə ziyan vuran şəxs saxlanılıb

1-12-2023, 13:18
Oxunub: 2 088

Goranboyda ağac kəsərək təbiətə ziyan vuran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən rayon sakini Ramin Salmanov saxlanılıb. Qeyd edilən əraziyə keçirilən baxış zamanı sonuncu tərəfindən 1 ədəd yaş gövdəli ağacın kəsildiyi müəyyən edilib. 

Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunub