Qızılcaya yoluxmadan bu cür qorunmaq olar
6-12-2023, 15:48
Oxunub: 2 872
Vaksin vurulmayan vətəndaşlar çoxluq təşkil etdiyi üçün yoluxma da tez baş verir.
Bu sözləri Bolgə.TV-yə açıqlamasında infeksionist Ləman Qalimova deyib.
“Qızılca yoluxduruculuq qabiliyyəti çox güclü olan virusdur. Peyvəndləşdirilmə əsasən 1-6 yaş aralığında aparılır. Vaksin vurulmayan vətəndaşlar çoxluq təşkil etdiyi üçün yoluxma da tez baş verir və artır. İnsanın immun sistemində qızılcaya qarşı qoruyucu yoxdursa, vaksinasiyası olmayan uşaqlar, hamilələr, onkoloji xəstəlikdən əziyyət çəkənlər, revmatoloji xəstəliklər, kimya terapiyası etmiş xəstələr, orqan transplantasiyası olan xəstələr qızılcaya tez yoluxur. Bu kimi xəstəlikdən əziyyət çəkənlər qızılcaya yoluxduqda çox çətinlik çəkirlər. Sağalsalar belə, qızılcanın əlamətləri, zəiflik, qızdırma onlarda bir müddət davam edir. Qızılca xəstəliyinə yüngül xəstəlik kimi baxmağı tövsiyə etmirəm. Qızılcanın ağırlaşmaları var - meningit, ensifalit, sətəlcəm kimi. Ona görə bir daha valideynlərə müraciət edirik ki, uşaqların həyatını təhlükəyə atmasınlar”, - infeksionist qeyd edib.
Qızılcaya yoluxmamaq üçün kütləvi yerlərdən uzaqlaşmağı məsləhət görən infeksionist bildirib ki, qızılcanın spesifik müalicəsi yoxdur:
“Yoluxmamaq üçün birinci vaksinasiya etmək lazımdır. Gigiyenamıza diqqət etməliyik. Əllərimizi təmiz saxlamalıyıq, maska taxmalıyıq, kütləvi yerlərdən, xüsusilə də qapalı yerlərdə olan kütləvilikdən uzaqlaşmaq lazımdır. Heç bir dərman vasitəsi qızılcanı sağaltmaqda üstün deyil. Əgər artıq yoluxma varsa, dərhal müalicə alınmalıdır. Xəstəliyin ağırlaşmasına görə müalicə üsulları da dəyişir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər