Bakıda çoxmərtəbəli binalar zəlzələyə davamlıdır?
7-12-2023, 16:35
Oxunub: 2 264
Bu gün Azərbaycan ərazisində baş verən zəlzələ əhali arasında təşvişə səbəb olub. Bu gərginlik əsasən Bakıda daha çox hiss olunub. Zəlzələni ən çox çoxmərtəbəli bina sakinləri hiss edib. Maraqlıdır paytaxtda hündürmərtəbəli tikililər zəlzəyə nə qədər davamlıdır?
Məsələ ilə əlaqədar əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev trend-ə bildirib ki, Bakıda yeni tikilən çoxmərtəbəli binalarda ciddi təhlükə yoxdur.
"Belə binalar köhnə tikililərdən daha dözümlüdür. Yeni tikinti zamanı hər mərtəbə Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılır. Amma Bakıda çox sayda qəzalı kimi qeydə alınmış köhnə çoxmənzilli binalar var. Bu binalar FHN tərəfindən qəzalı binalar kimi qeydə alınıb. Əgər yüksək ballı zəlzələ olsa birinci təhlükə həmin qəzalı binalarda yaranacaq", - deyə ekspert əlavə edib.
E.Fərzəliyev qeyd edib ki, istənilən keyfiyyətli və keyfiyyətsiz binaların möhkəmliyi, zəlzələyə davamlılığı zəlzələnin gücündən aslıdır.
"Təzə tikilən çoxmərtəbəli binalarda keyfiyyət yaxşı olsa da, başqa problemlər var. Buna misal olaraq, tikililərin məsafəsinin çox yaxın olmasını göstərmək olar. Zəlzələ və yanğın kimi hallarda dağıntı daha geniş ərazini əhatə edə bilər. Belə tikililərdə zəlzələ və yanğın kimi hallarda insanları evakuasiya etmək, ərazidən çıxarmaq problem yarada bilər", - deyə o, vurğulayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.
Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər