Bakıda temperatur 7 dərəcəyə düşdü
9-12-2023, 10:27
Oxunub: 2 160
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Bolgə.TV-yə verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 18 mm, Astarada 12 mm, Lerikdə 11 mm, Qubada 8 mm, Şəkidə 6 mm, Şamaxıda 5 mm, Şabran, Biləsuvar, Qobustan, Balakən, Oğuz, Zaqatala, Zərdab, Qusar, İsmayıllı, Mingəçevir, Naxçıvan, Gədəbəy, Naftalan, Gəncə, Ceyrançöl, Yardımlı, Xaltan, Beyləqan, Qəbələ, Altıağac, Ağcabədi, İmişli, Yevlax, Kürdəmir, Cəfərxan, Sabirabad, Neftçala, Göytəpədə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Goranboy, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qax, Oğuz, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Tərtər, Yevlax, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1-5 dərəcə şaxta olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər