Azərbaycanla Türkiyə arasında sənədlər imzalanıb
21-12-2023, 11:17
Oxunub: 2 072
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.
Bolgə.TV xəbər verir ki, bu sənədlər bu gün Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda imzalanıb.
İmzalanan sənədlərdən biri - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) arasında Fəaliyyət Planıdır.
AZPROMO və TÜİB arasında imzalanmış 2024-cü il üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək nəzərdə tutulub.
İmzalanan digər sənəd isə “DO-DEM”MMC ilə “Multipak Ambalaj” şirkəti arasında müqavilədir. Müqaviləyə əsasən, Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı ilə üzrə fabrik tikiləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər