Bu qadınların maaşı artırılacaq
22-12-2023, 12:22
Oxunub: 2 096
Qadınların əmək hüquqları genişləndirilir.
Bolgə.TV xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində” qeyd olunub.
Dəyişikliyə görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləyə biləcək, ezamiyyəyə cəlb oluna biləcəklər. Onlar öz razılıqları əsasında işlərə cəlb oluna biləcəklər. Bu dəyişiklik qadınların əmək haqlarının artmasına imkan verəcək.
Qanun, eyni zamanda, 18 yaşına çatmamış işçilərə, eləcə də 14 yaşına qədər uşağı tək böyüdən kişilərə də şamil olunur. Bundən əvvəl isə bu qeyd olunanlar qanunla qadağan idi. Belə ki, mövcud qanun görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləməyə qadağa qoyulmuşdu. Həmçinin, ezamiyyəyə getmələrinə də icazə yox idi.
Qeyd edək ki, qanun layihəsinə edilən dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilər arasında əmək haqları arasında fərqi azaltmaqdır.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər