Bu rayonlara qar yağdı
25-12-2023, 10:25
Oxunub: 1 992
Dekabrın 25-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bolgə.TV-yə verilən məlumata görə, dekabrın 24-də müşahidə olunan güclü külək 25-i səhər saatlarından 8-13 m/s-dək mülayimləşib.
Qar örtüyünün hündürlüyü Daşkəsən, Şahdağda 13 sm, Göygöldə 12 sm, Qrızda 11 sm, Ordubad 10 sm, Gədəbəydə 6 sm, Şahbuz, Qubada 3 sm, Qusarda 2 sm, Altıağac, Xaltan, Şəki 1 sm olub.
Düşən yağıntının miqdarı Qusarda 17 mm, Göygöldə 15 mm, Daşkəsəndə 10 mm, Şahdağ, Qrız, Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Şəmkir, Gədəbəy, Zaqatala, Şəki, Şabran, Xınalıq, Xaltan, Altıağac, Balakən, Ağdam, Naftalan, Gəncə, Qax, Şərur, Xaçmaz, Yevlax, Neftçalada 7 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Daşkəsən, Göygöl, Qrız, Lerik, Göyçayda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7 dərəcə isti, Naxçıvan MR-da 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 3-6 dərəcə isti, dağlıq rayonlarda 8-14 dərəcə şaxta olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər