Azərbaycan futbolunda insident yaşanıb
25-12-2023, 18:47
Oxunub: 2 168
Azərbaycan Birinci Liqasının 12-ci turu çərçivəsində keçirilən "Karvan"-"Zaqatala" matçında insident yaşanıb.
Bolgə.TV xəbər verir ki, hadisə oyunun 88-ci dəqiqəsində olub. Hesabda öndə olduqları zaman qonaqların futbolçusu yerə yıxılıb. Bu da Yevlax təmsilçisinin futbolçularının xoşuna gəlməyib. Nəticədə ona etiraz edərək, vaxtı uzatmamasını istəyiblər. Bu zaman ara qarışıb.
"Karvan"ın hücumçusu Ruslan Voronsov çiyni ilə rəqib futbolçuya zərbə endirib. Bundan sonra gərginlik artıb. Nəticədə futbolçuları çətinliklə sakitləşdirmək mümkün olub. Voronsov isə etdiyi hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Bu, oyundakı ilk insident deyildi. "Zaqatala"nın vurduğu ikinci qoldan sonra tərəflər arasında mübahisə yaşanmışdı. Ancaq oyunu idarə edən Əli Əliyev yalnız qonaqlardan Steyn Essononuya "qırmızı" göstərmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər