BolgeXeber.Com » Xəbərlər » Səfirliyə hücumla bağlı məhkəmə nə vaxt keçiriləcək?

Səfirliyə hücumla bağlı məhkəmə nə vaxt keçiriləcək?

25-12-2023, 17:23
Oxunub: 1 952

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı məhkəmə yaxın tarixdə keçiriləcək.


Bolgə.TV xəbər verir ki, Tehran vilayətinin Ədliyyə üzrə Baş İdarəsinin rəisi Əli Əl-Qasi Mehr Ali Ədliyyə Şurasının iclasında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işindəki nöqsan və maneələrin aradan qaldırıldığını bildirib.

O qeyd edib ki, sözügedən cinayət iş üzrə məhkəmə iclası yaxın tarixdə keçiriləcək.