BolgeXeber.Com » Xəbərlər » ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü

26-12-2023, 13:28
Oxunub: 1 536

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.


Bu barədə Bolgə.TV-yə ANAMA-dan bildirilib.

O, hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.