ÜST bununla bağlı xəbərdarlıq etdi
26-12-2023, 16:24
Oxunub: 1 888
Uşaqların peyvənd olunmayacağı təqdirdə qlobal qızılca təhlükəsi qalmağda davam edəcək.
Bolgə.TV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib.
Məlumata görə, COVİD-19 pandemiyası ilə əlaqədar dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb.
Qeyd olunub ki, bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18 %, ölüm halları isə 43 % artıb:
"ÜST və ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesablamasına görə, bu vəziyyət çoxluq uşaqlar təşkil etməklə təxmin edilən qızılcaya yoluxma hallarının 9 milyona, ölüm hallarının isə 136 000-ə çatması deməkdir. Qızılcaya yoluxma halları peyvəndlənmənin əhatə dairəsinin zəif olunduğu bütün ölkələr və icmalar üçün risk yaradır. Qızılcaya yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasında peyvəndin rolu əvəzsizdir. Təkcə 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın bu xəstəlikdən həyatını itirməsinin qarşısını alıb".
Qeyd edək ki, qızılca peyvəndi immunizasiya proqramlarının əsas komponentlərindən biridir. Qızılcaya qarşı peyvəndlənmə əhatəsinin 95 %-dən aşağı olduğu ölkələrdə xəstəliyin geniş yayılma riski meydana çıxır. Cari dövrdə qızılca əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. 2022-ci ilin noyabrından 2023-cü ilin oktyabr ayına qədərki dövrdə ÜST-nin Avropa region ölkələrində 30 000-dən çox qızılcaya yoluxma halı qeydə alınıb. ÜST bütün ölkələri qızılca və digər xəstəliklərə qarşı hər bir uşağın peyvənd olunması istiqamətində səyləri artırmağa çağırır. Bundan əlavə, epidemiyaların qarşısının alınmasına kömək etmək üçün qlobal, regional, milli və yerli səviyyələrdə bütün səhiyyə tərəfdaşları güclü nəzarət sistemləri tətbiq etməklə epidemiyaya cavab tədbirlərinin gücləndirilməsinə çalışmalıdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər