BolgeXeber.Com » Xəbərlər » Qaz sayğacları nə vaxt sıfırlanacaq?

Qaz sayğacları nə vaxt sıfırlanacaq?

26-12-2023, 16:53
Oxunub: 1 784

Qazdan istifadə ilə bağlı limitlərin yenilənməsi və digər məqamlarla bağlı SOCAR-ın Azəriqaz İB-nin şöbə rəisi Eldəniz Vəliyev açıqlama verib.


Bolgə.TV xəbər verir ki, E.Vəliyev smart kart tipli sayğacların 31 dekabrdan 1 yanvara keçən gecə saat 00:00-dan etibarən avtomatik olaraq yenilənəcəyini bildirib.

O qeyd edib ki, mexaniki sayğaclardan istifadə edən abonentlərdə isə yenilənmə 5-6 yanvardan etibarən reallaşacaq:

“Ümumilikdə narahatlıq üçün əsas yoxdur. Çünki abonentlər üçün 365 günün tamlığı qorunur”.