BolgeXeber.Com » Xəbərlər » “Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq

“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq

28-03-2024, 10:35
Oxunub: 616
Ötən aylarda yayımlanan Simpsons seriyasında günəş partlayışı baş verir.

Serialda ani günəş partlayışından sonra bütün elektron cihazlar yararsız hala düşür və dünya qaranlığa qərq olur.
Bu epizod yayımlandıqdan sonra İngiltərə Baş nazirinin müavini Oliver Douden oxşar fəlakətin rəqəmsal cihazları sıradan çıxara biləcəyinə dair açıqlamalar verdi.
Douden Britaniya vətəndaşlarını bu ehtimala hazır olmaq üçün şamlar və batareya ilə işləyən radiolar kimi köhnə texnologiyaları ehtiyatda saxlamağa çağırıb.
Qeyd edək ki, məşhur Simpsonlar cizgi filmi daha əvvəl koronavirus, 11 sentyabr hücumları, kripto pul, Donald Trampın prezidentliyi kimi mövzularda öncəgörücülük etmişdi. Serialın hətta Ukrayna-Rusiya müharibəsindən də xəbəri olduğu iddia edilir.