BolgeXeber.Com » Xəbərlər » Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ

Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ

29-03-2024, 12:30
Oxunub: 936
Ramazan bayramı ilə əlaqədar 10-14 aprel tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Bolgə.TV-yə  verilən məlumata görə, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri ləğv edilir. Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərsiniz.