BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başladı

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başladı

1-04-2024, 09:55
Oxunub: 1 888
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.

Bu barədə Bolgə.TV-yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də Azərbaycan vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.