BolgeXeber.Com » Xəbərlər » Sərnişinlər "28 May"da təcili düşürüldü

Sərnişinlər "28 May"da təcili düşürüldü

4-04-2024, 10:36
Oxunub: 632
Bakı Metropoliteni QSC-nin "Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.

Bolgə.TV xəbər verir ki, bununla bağlı məlumatı Bakı Metropoliteni QSC yayıb.
Məlumata görə, qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib.
Qeyd edilib ki, yaranmış problem qısa müddətdə aradan qaldırılıb.