BolgeXeber.Com » Xəbərlər » Xankəndidə daha 7 avtomat və 6 qumbara tapıldı

Xankəndidə daha 7 avtomat və 6 qumbara tapıldı

20-04-2024, 11:11
Oxunub: 1 264
Polis əməkdaşlar Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar.

Bu barədə Bolgə.TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.