BolgeXeber.Com » Xəbərlər » Marafon iştirakçılarına müraciət edildi

Marafon iştirakçılarına müraciət edildi

4-05-2024, 15:25
Oxunub: 2 632
Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir. Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

Bolgə.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov bildirib.
O qeyd edib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 7-12 metr olacağı, arabir 14-16 metr təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.
Xidmət rəsmisi “Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.