BolgeXeber.Com » Xəbərlər » Qaxda arı yeşikləri yandı

Qaxda arı yeşikləri yandı

15-06-2024, 17:40
Oxunub: 5 968
Qaxda arı yeşikləri yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qax rayonunun Tasmalı kəndində həyətyanı sahədə dayanan 1 ədəd qoşqunun yanar hissələri, qoşquya yığılan 18 ədəd arı yeşikləri və 0.5 m³ odun yanıb.
Odunun qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.