Bakıda evdən 35000 pul oğurlandı
31-08-2024, 17:51
Oxunub: 3 288
Zirə qəsəbəsindəki evlərin birindən 35000 manat pul, oyun aparatı və sənədlərin oğurlanması barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.
Bolgə.TV Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır