63 saylı Sabirabad seçki dairəsində məntəqələr iflic vəziyyətdədir
2-09-2010, 13:45
Oxunub: 9 176
Sabirabad rayonundakı dairələr seçkilərə tam hazır deyil. Buna səbəb may-iyun aylarında rayon ərazisində baş verən sel fəlakətidir. Fəlakət nəticəsində onlarla kənddə infrastruktur sıradan çıxıb, məktəb binaları qəzalı vəziyyətə düşüb. Bu səbəbdən də 63-64 və 65-ci dairələrdə sçkilərin keçirilməsi üçün məntəqələrdə fəaliyyət göstərmək faktiki olaraq mümkünsüzləşib. Bu barədə “Bolgexeber”e «Qarabağ» blokunun 63 saylı dairədən deputatlığa vahid namizədi Razi Abasbəyli məlumat verib.
«Bu gün 63-cü dairənin 1 saylı məntəqəsi S.Vurğun adına 3 saylı şəhər orta məktəbinin binasında yerləşir. Bu binada sel nəticəsində evlərindən köçkün düşən Qasımbəyli və Novruzlu kəndlərinin sakinləri məskunlaşıblar. Onların nə vaxt evlərinə qayıdacaqları bilinmir. Analoji vəziyyət 5 saylı N.Gəcəvi adına orta məktəbin binasında yerləşən 4 saylı Məntəqə Seçki Komissiyasında və 2 saylı N.Nərimanov adına orta məktəbin binasında yerləşən 10 saylı məntəqədə də hökm sürməkdədir.
Bu üç seçki məntəqəsində, 1 saylı məntəqədə 1375, 4 saylı məntədə 1304, 10 saylı məntəqədə isə 1385 seçici var. Bu isə 4 min nəfərdən çox seçici deməkdir. Faktiki olaraq 63 saylı dairənin ərazisində yerləşən 3 məntəqənin seçiciləri, ümumi dairənin seçicilərinin 10 faizini təşkil edir ki, bu məntəqələrdə də seçkilərin keçirilməsi mümkünsüzdür. Dairə ərazisində apardığımız ilkin monitorinq zamanı məlum oldu ki, bu məntəqələrin seçkilərə start verilərkən işlək vəziyyətə gətirilməsi mümkün olmayacaq. Bundan başqa dairənin 31 məntəqəsindən 4-də komissiyanın sədri postu boşdur. 12 məntəqənin tərkibi tam olaraq formalaşdırılmayıb. Hətta bir neçə məntəqədə qanunvericilikdə nəzərdə tutulduğu kimi altı nəfər üzv olmalı olduğu halda onların sayı ikiyə qədərdir. Bütövlükdə isə hələ də mətəqələrdən seçici siyahılarını əldə etmək mümkün deyil. Bütün bu növqsanlar isə bir daha rayonun əsas seçki dairələrindən birinin seçkilərə hazır olmadığını göstərir» deyə R.Abasbəyli bildirdi.
Əlavə etdi ki, Sabirabad rayonunda yaradılan operativ qərargahın tərkibində fəaliyyət göstərən monitorinq-informasiya təminatı qrupu yaxın günlərdə dairə ilə bağlı həftəlik hesabatını da açıqlayacaq.
R.Abasbəylinin sözlərinə görə, qərargahda yaradılan informasiya qrupuna hazırda 4 jurnalist qatılıb. Səsvermə günü isə qrup üzvlərinin sayı 15 nəfərə çatacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər