Hadı Rəcəbli seçicilərə un və qənd paylayır
25-08-2010, 18:15
Oxunub: 2 888

Vəziyyəti heç də yaxşı olmayan deputat seçicilərini ələ almaq üçün yeni vasitələrə əl atmağa başlayıb
Parlament seçkiləri yaxınlaşdıqca namizədlər, xüsusən də hal hazırda deputat olub yenidən seçilmək istəyənlər fəallaşmağa başlayıblar. Artıq iş o yerə çatıb ki, seçicilərin səsini qazanmaq üçün çalışan həmin şəxslər onları ələ almaq üçün ən adi vasitələrdən belə yararlanmağa başlayıblar.
"Bolgexeber.com"a daxil olan məlumata görə, 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyini yenidən irəli sürməyə hazırlaşan və adını birtəhər YAP-ın vahid siyahısına saldırmağa nail olmuş Hadı Rəcəbli seçicilərinin yanına adamlarını göndərərək, onların səslərini qazanmaq üçün müxtəlif vədlər verir. Amma bununla yanaşı, həm də onlara bəzi «hədiyyələr» də verməkdən qalmır. Məlumatı verən şəxs bildirir ki, deputat yenidən seçilmək məqsədi ilə səs toplamaq üçün seçicilərə bu dəfə un və qənd paylayır. Hər evə 50 kq çəkisi olan bir kisə un və bir neçə kilo qənd bağışlamağa başlayıb.
Məlumatı verən mənbə onu da bildirir ki, Hadı Rəcəbli ötən seçkilərdə də buna yaxın bir taktikaya əl atmışdı. Lakin bu il əvvəlkindən fərqli olaraq, adamları daha həyacanlı və israrlı görünürlər. Güman edilir ki, deputatın vəziyyəti heç də yaxşı deyil və bu səbəbdən də «hədiyyə» paylamaqla səs qazanmağa çalışır.
Çox Oxunanlar
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 7-05-2022, 15:07 : Zorakılıq, zorlanma, ayrılıq... - Məktəbli qızları intihardan necə çəkindirək?
Müsahibə-Reportaj
- 16-05-2022, 17:44 : “AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? - DOSYE
Gündəm