Həbs edilən İslamçilar MTN-də saxlanılır
12-08-2011, 20:35
Oxunub: 2 223
Xəbər verildiyi kimi, dünən axşam saatlarında tanınmış dindar Hacı Abgül Süleymanov güc strukturları tərəfindən həbs olunub.
Hazırda o, islamiazer saytının baş redaktoru Ramin Bayramov və Azərbaycan İslam Partiyasının təşkilatı məsələlər üzrə sədr müavini Arif Qəniyev Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılırlar.
A.Süleymanovun vəkili Anar Qasımov bildirib ki, onu cinayət məcəlləsinə əsasən 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə saxlanılıb.
Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli musavat.com-a açıqlamasında qurumun Sumqayıt təşkilatının rəhbəri Kərbəlayi Arif Qəniyevin həbsini təsdiqləyib: “Məndə digərlərinin tutulması ilə bağlı xəbər yoxdu. Ancaq bunu deyə bilərəm ki, AİP-in Sumqayıt təşkilatının rəhbəri Arif Qəniyev 11 avqust 2011-ci il tarixdə saat 17-də yaşadığı evin qarşısında oğlu ilə bərabər saxlanılıb və 48 saat müddətinə həbs olunub. Artıq ona dövlət tərəfindən vəkil də təyin olunub. Vəkil deyir ki, əgər Kərbəlayi Arifin işində şubhəli bir sey aşkar olunmazsa, 48 saatdan sonra sərbəst buraxılacaq”.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial