Azərbaycanda Rəsul Quliyevə daha bir qadağa
12-09-2011, 12:45
Oxunub: 7 330
Eks-spikerin sonuncu kitabının satışının dayandırılması tələb olunub
Azərbaycan parlamentinin keçmiş sədri, Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin bu günlərdə çapdan çıxan “Qarabağ: müqavimətsizlikdən doğan faciə” kitabının Azərbaycanda satışına qadağa qoyulub. Bu barədə kitabın satışı ilə məşğul olan qurumlardan məlumat daxil olub. Məlumatda bildirilir ki, ötən şənbə kitab paytaxtdakı bütün mağazalardan yığışdırılıb. Məlumatda bildirilir ki, hansı dövlət qurumundan olduqlarını təqdim etməyən şəxslər Rəsul Quliyevin romanlarını satan mağazalara kitabları yığışdırmaq göstərişi veriblər, əks halda, ciddi problemlərlə üzləşəcəklərini söyləyiblər.
Xatırladaq ki, aprel ayında Rəsul Quliyevin “Axına qarşı” kitabı da Bakıda nəşr edilmişdi və satışa rəsmi müdaxilə olmamışdı. Ancaq nədənsə Qarabağla bağlı kitab ciddi maneələrlə üzləşib. Məlumatı saytımıza verən mənbənin sözlərinə görə, kitabın birinci hissəsi “Yeni Müsavat” qəzetində dərc edildikdən sonra Rəsul Quliyevin tərəfdarları tərəfindən çap olunub və kitabda hazırkı hakimiyyətlə bağlı hansısa tənqidi fikir də yoxdur. Kitabda Qarabağ probleminin indiki vəziyyətə gəlib çatmasının tarixi səbəblərinin əks olunduğunu bildirən mənbə hesab edir ki, hakimiyyəti daha çox narahat edən əslində kitabın yaxın aylarda ABŞ-da çap olunacaq ikinci hissəsinin də Bakıda yayılmaq ehtimalının yaranmasıdır. Mənbənin fikrincə, kitabın ikinci hissəsində Rəsul Quliyev 1975-ci ildən ta günümüzədək olan dövrü qələmə alıb, ancaq hələ nəşr etdirməsə də, hakimiyyət Qarabağla bağlı aparılan siyasətin eks-spiker tərəfindən nə şəkildə təqdim olunacağının narahatçılığını yaşayır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər