Mütəllibovun nəvəsi barədə cinayət işi açılıb
12-09-2011, 12:50
Oxunub: 3 032

Bakıda eks-prezident Ayaz Mütəllibovun 19 yaşlı nəvəsinin törətdiyi qəza ilə bağlı cinayət işi başlanıb.
Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, rayon polis idarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda (263.3-cü) maddəsi ilə cinayət işi başlanıb.
Sentyabrın 8-də saat 12:30 radələrində Mərdəkan istiqamətində hərəkət edən 1992-ci il təvəllüdlü Mədinə Mütəllibova idarə etdiyi "Lexus" markalı avtomobillə Bakı şəhər sakinləri 1948-ci il təvəllüdlü Məhərrəm Hüseynov, həyat yoldaşı 1954-cü il təvəllüdlü Solmaz Hüseynova və nəvəsi, 2007-ci il təvəllüdlü Nihad Hüseynovu vurub.
Hadisə zamanı baba və nəvə həlak olub, Hüseynova isə ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Prokurorluqdan trendə bildirilib ki, Mütəllibova barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilib. Cinayət Məcəlləsinin 263.3-cü maddəsində qeyd olunan cinayətə görə, beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Qeyd edək ki, yol qəzasını törədən Mədinə Mütəllibova eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızıdır.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes