N.Məmmədov “Bu,bilərəkdən ictimaiyyəti çaşdırmaqdır”
29-04-2014, 05:45
Oxunub: 5 139
Novruz Məmmədov Leyla Yunus və həyat yoldaşının saxlanmasından danışdı.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Leyla Yunus və həyat yoldaşı ölkəni tərk edərkən onun təsiri ilə saxlanılmasına münasibət bildirib.
N. Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu, xəbəri yazan agentliyin təxribatıdır.
Şöbə müdiri qeyd edib ki, onun tərəfindən belə bir göstəriş, təsir olmayıb və yayılan xəbərlərin əsası yoxdur: “Səhv etmirəmsə bunu “Turan” agentliyi yaymışdı. Bu xəbər məni çox təəccübləndirdi. Guya onlar təyyarə ilə xaricə gedən zaman mən kiməsə demişəm ki, onları təyyarəyə buraxıb sonra isə saxlasınlar. Bu tamamilə yalandır, bu xəbəri yayan agentlik birbaşa təxribatla məşğuldur. Bu, bilərəkdən ictimaiyyəti çaşdırmaqdır”.
Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus aprelin 28-də Bakı aeroportunda saxlanılıblar. Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər