BolgeXeber.Com » Siyasət » Rəcəb Tayyib Ərdoğan “ Ümid edirəm ki, Amerika Fətullah Güləni bizə təhvil verəcək”

Rəcəb Tayyib Ərdoğan “ Ümid edirəm ki, Amerika Fətullah Güləni bizə təhvil verəcək”

29-04-2014, 08:15
Oxunub: 3 884 Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Amerikanın Fətullah Güləni Türkiyəyə təhvil verməsini istəyir.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Amerikada səfərdə olan Ərdoğan bu barədə “PBS” kanalına açıqlamasında bildirib.
“Mən baş nazir olduqdan sonra Fətullah Gülənlə telefon danışıqlarımızdan başqa bir görüşümüz olmayıb. Bələdiyyə sədri olarkən görüşlərimiz olmuşdu. İlk vaxtlarda o qrupla münasibətlərimiz də yaxşı idi. Əslində problem 2010-cu ildə Konstitusiyaya referendum məsələsindən sonra başladı. Məqsədləri bütün qüvvələri öz əllərində birləşdirmək idi. Bir çox müxtəlif təşkilatları ələ keçirməyə çalışdıqlarının fərqində idik, amma pis niyyətlərinin olduğunu düşünmürdük. Sonralar bunu hiss etdik və tədbirlərimizi görməyə başladıq.

17 dekabr, 25 dekabr...Bunlar artıq hücum xarakteri daşıyırdı. Əgər mən xarici ölkədən qayıdanda bütün bu hadisələrə müdaxilə etməsəydim, olay çox fərqli istiqamətlərə yönələ bilərdi.

Mən Amerikanın təhlükəsizliyini pozan qüvvələrə qarşı nə edirəmsə, Amerika da Türkiyənin milli təhlükəsizliyinə əngəl törədən qüvvələrə qarşı mənim etdiyimi etməlidir. Ümid edirəm ki, Amerika Fətullah Güləni bizə təhvil verəcək. Ən azından, onu ölkədən deportasiya etməlidir”, - deyə Ərdoğan bildirib.