İsa Qəmbərin oğlu da Hacıbala Abutalıbovu məhkəməyə verir
17-05-2014, 12:40
Oxunub: 5 515
Müxalifətdə təmsil olunan gənclər təşkilatlarının bir qrupu Bakı Şəhər İcra Hakimiyyəti barəsində məhkəməyə müraciət edəcək.
Bu barədə AzNews.az-a “Nida” Vətəndaş Hərəkatının rəhbər heyətinin üzvü Turqut Qəmbər deyib.
Onun sözlərinə görə, növbəti həftə məhkəməyə müraciət edilməsi ilə bağlı bir daha müzakirə aparacaqlar: “Gənclər təşkilatı olaraq bu absurd imtina məktubuna görə, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməyə planlaşdırırıq. Amma məhkəməyə müraciət edilməsi məsələsinin bir daha müzakirəyə ehtiyacı var. İstənilən halda qərar mətbuata açıqlanacaq”.
T.Qəmbər BŞİH-ya aksiya ilə bağlı yenidən müraciət olunması məsələsini də istisna etməyib.
Xatırladaq ki, altı qurum - Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, “Nida” Vətəndaş Hərəkatı, “Azad Gənclik” Təşkilatı və REAL Hərəkatı mayın 18-də Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bakı Şəhər İcra Hakimiyyəti isə bu aksiyanın keçirilməsini məqsəduyğun hesab etməyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər