BolgeXeber.Com » Siyasət » Ayətullah Azərbaycanı Qəzzafidən ibrət götürməyə çağırıdı- Hədə

Ayətullah Azərbaycanı Qəzzafidən ibrət götürməyə çağırıdı- Hədə

25-10-2011, 13:55
Oxunub: 4 512 İran-Azərbaycan münasibətləri yenidən gərginləşə bilər.

Səbəb son günlər qonşu ölkədə Azərbaycana tənqidlərin təzədən vüsət almasıdır. Belə ki, ötən həftəsonu mərceyi-təqlid Ayətullah Məkarim Şirazi İranın Qum şəhərəinin Əzəm məscidində etdiyi çıxışda Azərbaycanda islamofobiyanın genişləndiyini bildirib. Nüfuzlu şiə alimi Əliyev iqtidarını məscidləri dağıtmçaqda suçlayıb: “Azərbaycan Respublikası əhalisi demək olar ki, şiədir. Amma bir müddətdir ki, hökumət məscidləri dağıdır, insanlara hücum edir”.

O, Azərbaycanda təqlid mərcələrinin risalələrinin yayılmasına qadağanın qoyulduğunu da deyib: “Son zamanlar məktəblilər və dövlət işçilərinin məscidlərə buraxılamaması haqda göstəriş verilib. Sanki Bakı rəsmiləri qəflət yuxusundadırlar. Azərbaycanın imanlı xalqı bu vəziyyətin davam etməsinə icazə verməyəcək və bir gün onların yaxasından yapışaraq qüdrət taxtından tyerə salacaq”.

Bu arada Azərbaycan hakimiyyətini narahat edəcək başqa bir hadisə baş verib. Oktyabrın 20-də İranda, ölkənin dini mərkəzi Qum şəhərində əl-Mustafa Akademiyasında “Azərbaycan Respublikasında İslami oyanışa dayaq və anti-islam siyasətlərinin məhkum edilməsi” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Qum Dini Hövzəsində təhsil alan İran, Azərbaycan və digər ölkələrdən olan tələbələr çıxış edərək Azərbaycanda islamofobiya siyasəti aparıldığını iddia ediblər, azərbaycanlıların bu istiqamətdə apardıqları mübarizəni dəstəklədiklərini bildiriblər.


Konfransda həmçinin Latın Amerikasından Salvador müsəlmanlarının rəhbəri Mustafa El-Salvadorlu, Konqo Ruhanilərindən Höccətul-İslam Zulkifl Konqoi və digərləri də Azərbaycanda, o cümlədən dünyada müsəlmanların qarşılaşdığı problemlərdən danışıblar.

Yədbirin sonunda qəbul olunan bəyanatda isə Bakıda keçirilən aksiyalar zamanı həbs olunan AİP rəhbərlərinə və dindarlara azadlıq tələb olunub. Bəyanatda qeyd olunur ki, on aya yaxındır ki, dindarlar, xüsusilə tabnınmış ruhanilər Azərbaycan Respublikasının həbsxanalarında hakim diktatorların əsiri olub. Onların günahı (əgər belə demək olarsa) hicabın, dini dəyərlərin müdafiəsidir: “Azərbaycan kommunist rejiminin cəngindən çıxdıqdan sonra sionizmin əsirinə çevrilmişdir. Bu müsəlman məmləkəti anti-islam siyasətlər, məscidlərin uçurulması, hicab qadağası üçün bir meydan olmuşdur. Bir ili ötüb ki, Təhsil Nazirliyi məktəblərdə hicab qadağasını tətəbiq edir. Azərbaycan hökuməti nəinki təqlid mərcələrin, imam-cümələrin, müsəlman xalqın, qonşu xalqların etirazlarına əhəmiyyət vermədi, hətta hicab qadağasına etiraz edənləri saxta ittihamla şərləyərək həbsxanalara doldurdu”.

Bəyanatda daha sonra qeyd olunur: “Cari ilin yanvar ayında hakimiyyətə qarşı tarixi çıxışı ilə böyük etiraz dalğası yaratmış İslam Partiyasının sədri Mövsüm Səmədov hazırda bir qrup ruhanı və dindarla həbsxanada saxalanılır. Bu həbslər ölkə müsəlmanları və digər qardaş ölkələrin müsəlmanlarının qəlbini ağrıdır.
Biz, 40-dan artıq ölkədən olan ruhani və tələbə Azərbaycan hökumətinin anti-islam siyatəsini məhkum edur və Bakıdan qəti şəkildə tələb edirik ki, islami bahar oyanışında bütün vicdan məhbuslarını, o cümlədən Azərbaycan İslam Partiyasının sədri doktor Səmədovu həbsdən azad etsin və bin Əli, Hüsnü Mübarək, Qəzzafi kimi diktatorların acı aqibətindən ibrət götürsün. Anti-islam və anti-bəşəri siyasətlərin davamı yetər.
Biz Azərbaycandakı müsəlman qardaş və bacılarımza elan edirik ki, müsəlman xalqlar Azərbaycan Respublikasında dini haqlar və dini dəyərlərin müdafiəsində oonlarla birlikdədirlər və Allahın yer üzündə məzlum zümmrənin zalımlar üzərində qələbəsi vədinə dərindən inanırlar”.

Qeyd edək ki, Qum bu gün təkcə İran deyil, dünyanın bir çox bölgələrindən, o cümlədən Azərbaycandan tələbələrin təhsil aldığı böyük bir İslam mərkəzidir. Eyni zamanda bu şəhər İranın ideoloji mərkəzi sayılır. Bu baxımdan sözügedən bəyanatlar və tədbir heç şübhəsiz, Azərbaycanda ciddi narazılıq doğuracaq. Xüsusən də nəzərə alanda ki, belə hadisələr Azərbaycanla İran arasında narazılığın artdığı bir vaxta təsadüf edir.

Maraqlıdır ki, ötən həftəsonu İranın müdafiə naziri Əhməd Vahidi Azərbaycana gələrək ölkə başçısına İran prezidentinin məktubu çatdırıb. Bütün bunlar iki ölkə arasında gərginliyin artmasına və ortada ciddi problemlərin olmasına işarədir.

Qeyd edək ki, Məkarim Şirazi hazırda İranda dövlət içində xüsusi nüfuzu olan müctəhidlərdəndir. Sonuncu dəfə Ayətullah Məkarim Şirazi bir il əvvəl bakıda çəscid sökülməsi ilə bağlı məhkəmə qərarı olanda Azərbaycan hakimiyyətini ciddi tıənqid eləmişdi. Bu tənqiddən az sonra Azərbaycan hökuməti məscid sökülməsi qərarını ləğv etdirdi. Ancaq İranda baş verənhadisələrin Azərbaycanda bu və ya digər formada reaksiyaları mütləq olacaq.