Türkiyə Cumhuriyyətinin 88 yaşı tamam oldu
29-10-2011, 10:50
Oxunub: 2 376
Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Atatürk özü olub
Bu gün Türkiyədə “Cumhuriyyət” (Respublika) bayramıdır. Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cumhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir. Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.
Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 73 milyon 722 min 988 nəfər, paytaxtı Ankara şəhəridir. Parlament üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir.
Ölkə şərqdən Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir.
Çox Oxunanlar
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 27-04-2022, 19:14 : Yardımlıda ŞOK HADİSƏ: Məktəb direktoru gözdən əlil şagirdi döyüb ağır xəsarətlər yetirdi
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 27-04-2022, 19:02 : Bakı şəhərinə yeni prokuror təyin edilib
Xəbərlər
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə