Eynulla Fətullayevin təşkilati qeydə alındı
1-11-2011, 18:10
Oxunub: 2 856
Ədliyyə Nazirliyi “İnsan Haqları Uğrunda” İctimai Birliyi rəsmən qeydə aldı.
Bu barədə açıqlama verən birliyin sədri Eynulla Fətullayev bildirib ki, qurumun qeydə alınması üçün Ədliyyə Nazirliyinə sənədlər iyunun sonunda təqdim olunub. Bir neçə aylıq araşdırmadan sonra bu gün nazirlikdən “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəsmən qeydə alınması barədə məlumat verilib.
“İnsan Haqları Uğrunda” İctimai Birlik Ədliyyə Nazirliyinin bu xoş niyyətini yüksək qiymətləndirir və insan haqlarının müdafiəsində müvafiq dövlət qurumları ilə konstruktiv əməkdaşlığa ümid edir. Eyni zamanda təşkilat alternativ preventiv mexanizminin formalaşmasında iştirak edən ictimai qüvvə olaraq həbsxanalarda ciddi monitorinqin həyata keçirilməsi işində Avropa Penitensiar qaydalarının tətbiqinə cidd-cəhdlə çalışacaq. “İnsan Haqları Uğrunda” İctimai Birlik artıq bu aydan etibarən alternativ preventiv mexanizmin çərçivəsində həbsxanalarda, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində monitorinqlərə başlamaq niyyətindədir.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət