Gənclər taksi sürücülərini müdafiəyə qalxdı
1-11-2011, 13:45
Oxunub: 6 334
“Demokrat” Gənclər Təşkilatı onların hüquqlarının tapdanmasının qarşısını almaq üçün tələb qaldırdı
“Demokrat” Gənclər Təşkilatı Azərbaycana gətirilmiş artıq yeni
olmayan “London” taksilərinin fəaliyyəti ilə bağlı digər taksi sürücülərinə edilən haqsızlıqları pisləyir və haqqın bərqərar olunmasını tələb edirlər. Bolgexeber.com-a daxil olan məlumata görə, təşkilatın yaydığı bəyanatda “London” taksilərinə görə, minlərlə işsizin yaranmaması üçün hakimiyyətə təklif verilməlidir.
“Demokrat” gənclər təşkilatı hesab edir ki, birbaşa bəzi özün təsdiq
etməmiş qurumlar “London” aurası yaratmaq və bu taksilərin fəaliyyətini şəhərimizin gözəlləşməsi kimi qiymətləndirən insanlar digır taksi sürücülərinin fəaliyyətini boğur və onların dayanacağı əllərindən alınaraq “London”-laşmış taksilərə verilir və özləri isə dayanacaqdan uzaqlaşdırılıraraq haqsız
təzyiqlərə məruz qalırlar. “Yarandığı gündən Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin ali məqsəd olduğunu nəzərə alaraq, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu işinə, mülki cəmiyyətin yaradılmasın insanların hüquq və azadlıqlarının müdafiəsi üçün mübarizəni ən yüksək səviyyədə təşkil etmək və insan hüquq və azadlıqları ilə bağlı ictimaiyyəti maarifləndirmək, məlumtlandırmaq, həmçinin, gənclər arasında ictimai fəallığın artırılması özünə əsas məqsəd kimi seçən “Demokrat” gənclər təşkilatı bəyan edir ki, digər taksiçilərin hüquqları tapdanılmamalı və haqları qorunmalıdırlar.Onların da haqqı-hüququ var fəaliyyət üçün,necə ki “London” taksilərinin hüquqları təmin olunur,digər taksi sürücülərinin də hüquqları bərpa olunmalı və onların fəaliyyətinə davam verilməlidir.Əks halda “London” taksilərinin fəaliyyətinə “Baykot” elan edecəyik və həmin taksilərin fəaliyyətini məhdudlaşdırmağa, onlardan ümumiyyətlə istifadə etməməyə çalışacağıq”.
Sonda “Demokrat” gənclər təşkilatı bəzi təşkilatlardan Azərbaycan Respublikası Konstitusiyasına əməl etməyi, insan hüquq və AZADLIQ-larının təmin olunmasını və xalqa olunan çoxsaylı təzyiqlərə son qoyulmasını tələb edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər