BolgeXeber.Com » Siyasət » Azərbaycanda ilk dəfə deputat hesabat verdi

Azərbaycanda ilk dəfə deputat hesabat verdi

30-11-2011, 14:55
Oxunub: 2 609 Millət vəkili Çingiz Qənizadə 1 illik fəliyyəti ilə bağlı hesabat Verdi

80 saylı İmişli-Beyləqan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Çingiz Qənizadənin bir illik fəaliyyəti dövründə keçirdiyi görüşlər seçki dairəsinin ərazisində yerləşən 44 kəndin 32-ni əhatə edib.

Deputatın mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, 1 illik fəaliyyətlə bağlı hesabatda bildirilir ki, hal-hazırda qalan digər kəndlərdə davam edən görüşlər ilin sonunadək yekunlaşacaq. Görüşlər zamanı seçiciləri narahat edən problemlər dinlənilir, onların həlli istiqamətində mümkün olan variantlar araşdırılır, deputatın səlahiyyəti çərçivəsində həll olunması mümkün olanları həll olunur və ya aidiyyatı qurumlara ünvanlandırılır.

Ç.Qənizadə ötən bir il ərzində 36 nəfər seçicini fərdi olaraq Milli Məclisdə, 200-dən çox seçicini isə dairə ərazisində qəbul edib. Deputatın qəbulunda olan seçicilər ən çox hüquq pozuntuları və sosial problemlərlə bağlı müraciət ediblər.

Millət vəkili parlamentin plenar iclaslarında müzakirə olunan məsələlərə dair öz mövqeyini bildirməklə yanaşı, həm də təmsil etdiyi dairədə yaşayan insanların üzləşdikləri problemləri cari məsələlərin müzakirələrində qaldıraraq çıxışlarında səsləndirir.

Belə ki, Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyəti haqqında Hesabatının müzakirəsi zamanı təmsil etdiyi İmişli-Beyləqan seçki dairəsinin ərazisindəki kəndlərdə mövcud olan problemləri –yolların asfaltlaşdırılması, bəzi kəndlərdə tibb işçilərinin çatışmazlığı, məktəblərdə lazımi şəraitin olmaması, Kür və Araz çaylarında daşqınlar nəticəsində zərər çəkmiş şəxslərin problemləri, evləri qəzalı vəziyyətdə olan vətəndaşlara yeni evlərin tikintisinin davam etdirilməsi, bəzi kəndlərdə ağacların, yaşıllıqların məhv olmasına səbəb olan qrunt sularının qarşısının alınması və s. digər məsələləri yazılı şəkildə Nazirlər Kabinetinə, Baş nazir Artur Rasi-zadəyə ünvanlayıb.

Ç.Qənizadənin müraciətinə dovlət qurumları tərəfindən münasibət bildirilib, deputatın qaldırdığı məsələlərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulan işlər haqqında millət vəkilinə rəsmi məktublar göndərilib.

Seçicilər ilə keçirdiyi görüşlər zamanı Ç.Qənizadə İmişli və Beyləqan rayonlarında yeni məktəblərin açılışı, yolların asfaltlaşdırılması, kəndlərə mavi qazın verilməsi, kəndlərin elektrik enerjisi təchizatının yaxşılaşdırılması və yeni transformatorların quraşdırılması, seldən əziyyət çəkən vətəndaşlara yeni evlərin tikilməsi və ya bərpa edilməsi və s. məsələlərin həllinin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində reallaşdırıldığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən regionlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu daima qeyd edir, seçicilərin diqqətinə çatdırır.

Çingiz Qənizadə 15.09.2011 tarixində İmişli rayonunun Şahverdilər kəndində yeni inşa edilmiş müasir tipli 220 şagirdin təhsil ala biləcəyi, şəhid Fikrət Cəbrayılov adına tam orta məktəbin açılışında, 17.09.2011 tarixində Beyləqan rayonunun qəsəbə tipli ən böyük kəndlərindən biri, 1000-dən çox təsərrüfatı və 7 minə yaxın sakini olan Dünyamalılar kəndinə təbii qazın verilməsində iştirak edərək tədbirdə iştirak edib. Həmin tədbirlərdəki çıxışı zamanı millət vəkili Prezident İlham Əliyevin 2013-cü ilədək Azərbaycanın bütün bölgələrinin qazlaşdırılması istəyi və siyasəti haqqında danışıb, Dünyamalılar kəndinin qazlaşdırılmasının da həmin siyasətin tərkib hissəsi olduğunu qeyd edib.

Beyləqan rayonu Qaralılar kəndinin işıq probleminin həlli məsələsi isə məhz millət vəkilinin şəxsi səyi nəticəsində həll olunub.

Deputat ona ünvanlanan məktub və müraciətlərə, aidiyyatı seçki dairəsindən olmasalar da belə xüsusi diqqətlə yanaşır. Belə ki, hüquq müdafiəçisi olaraq ona müraciət edən vətəndaşların əksəriyyəti əsasən hüquq pozuntuları ilə bağlı digər dairələrin seçiciləridir. Buna baxmayaraq, millət vəkili hər bir müraciətə fərdi yanaşır, imkan dairəsində və səlahiyyətləri çərçivəsində ərizəçilərin problemlərinin müsbət həllinə çalışır.

KİV-in keçirdiyi sorğuların nəticələrinə əsasən aktiv deputatlar siyahısında olan Çingiz Qənizadə, deputatlıq fəaliyyətini seçicilərlə keçirdiyi görüşləri ilə bitmiş hesab etməyərək, həm də İmişli və Beyləqan rayonlarında keçirilən bir sıra digər tədbirlərdə də fəal iştirak edir. İmişli və Beyləqan Rayon İcra Hakimiyyətlərinin 2010-cu il fəaliyyətinə həsr olunmuş hesabat yığıncağında iştirak edən deputat tədbirlərdə çıxış edib.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 6-da İmişliyə səfəri zamanı rayonda ölkə başçısını müşayiət edib, ölkə vətəndaşlarının məşğulluğunun təmin olunması istiqamətində rayonda “Azərsun Holdinq” tərəfindən istifadəyə verilən müəssisənin açılışında, digər bir müəssisənin isə təməlqoyma mərasimində iştirak etmişdir.

Çingiz Qənizadə 29.09.2011 tarixində Qafqaz Müsəlmanları İdarəsi və Moskva Dövlət Linqvistik Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edərək, “Dini ekstremizm və beynəlxalq terrorizm” mövzusunda çıxış edib.
Millət vəkilinin iştirak etdiyi tədbirlər sırasına 3 oktyabr 2011-ci il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin ev sahibliyində “XXI əsrdə qadınların rolu: qadın siyasətçilərin məsuliyyəti” adlı Beynəlxalq Konfransı, 3-4 noyabr 2011 tarixində Bakıda, Milli Məclisdə keçirilmiş TÜRKPA-nın Beynəlxalq Əlaqələr Komissiyasının birinci iclasını və s. qeyd etmək istərdik.

Millət vəkili il ərzində Bakıda və rayonlarda keçirilmiş müxtəlif çoxsaylı tədbirlərdə də iştirak edərək çıxışlar edib.

Ç.Qənizadə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin komitələrin birgə iclasında və plenar iclasda müzakirələri zamanı aktiv iştirak edərək, büdcənin son variantının qəbulu zamanı nəzərə alınması üçün bir sıra müvafiq təkliflərlə çıxış edib.
Danimarka, Finlandiya, İordaniya, Portuqaliya və Yunanıstan Parlamentlərarası Dostluq Qrupunun üzvü olan Çingiz Qənizadə TÜRKPA-nın Azərbaycan Milli Nümayəndə heyətinin üzvü olmaqla yanaşı, eyni zamanda TÜRKPA-nın Hüquq məsələləri komissiyasının üzvüdür.

Ç.Qənizadə 27-28 aprel 2011-ci il tarixlərində Milli Məclisin sədri cənab Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar sessiyasında iştirak edib.

Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü olan deputat Avropa Şurası İnsan Hüquqları Komissarlığının dəvəti ilə 18-24 iyun 2011-ci il tarixində AŞPA-nın yay sessiyasında ekspert qismində iştirak edib, Strasburqa səfəri zamanı Avropa Şurasının Baş Katibi cənab Torbyorn Yaqland, qurumun insan hüquqları üzrə Komissarı cənab Tomas Hammerbeq, Venesiya Komissiyasının katibi cənab Tomas Markert, “AQO” qrupunun rəhbəri cənab Stelian Stoyanla və digər şəxslərlə görüşüb.

Ç.Qənizadənin TÜRKPA-nın Hüquq komissiyasının 18-21 dekabr tarixində Ankarada keçiriləcək iclasında və AŞPA-nın qış sessiyasında iştirakı planlaşdırılıb.