Azərbaycan prezidenti Polşa baş nazirinin müavinini qəbul edib
15-12-2014, 16:55
Oxunub: 4 196
O, Polşa prezidenti Bronislav Komorovskinin salamını Azərbaycanın dövlət başçısına çatdırıb.
Azərbaycan prezidenti İlham Əliyev Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Bolgexeber.com-un məlumatına görə, Azərbaycanla Polşa arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan prezident İ. Əliyev ölkələrimizin ticarət dövriyyəsinin artdığını məmnunluqla qeyd edib.Dövlət başçısı ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi üçün də böyük potensialın olduğunu deyib.
Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin inkişafının regional əməkdaşlıq baxımından önəmini qeyd edib. Dövlət başçısı Azərbaycanla Polşa arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının uğurlu olacağına əminliyini bildirib.Azərbaycanda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyən Y. Pexoçinski əldə olunan uğurlar münasibəti ilə dövlət başçısını təbrik edib. O, Polşa prezidenti Bronislav Komorovskinin və Polşa baş naziri xanım Eva Kopaçın salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.
Ölkələrimiz arasında qarşılıqlı iqtisadi münasibətlərə toxunan Y. Pexoçinski Azərbaycana özü ilə Polşa iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğulayıb və ölkəmizin əməkdaşlıq üçün cəlbedici olduğunu qeyd edib. Y. Pexoçinski Azərbaycanda qeyri-neft sektorunda əldə edilən uğurların da ölkəsində maraqla izlənildiyini deyib.Prezident İ. Əliyev B. Komorovskinin və E. Kopaçın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Polşanın dövlət başçısına və baş nazirinə çatdırmağı xahiş edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər