Ana Vətən Partiyası müşavirə keçirib - FOTOLAR
16-12-2014, 15:00
Oxunub: 4 904
Ana Vətən Partiyasında bələdiyyə seçkiləri ilə bağlı müşavirə keçirmişdir.
Ana Vətən Partiyasının Mərkəzi ofisində qarşıdan gələn bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasının gedişinə dair Bakı, Sumqayıt şəhər və Abşeron rayonundan olan bələdiyyə üzvlüyünə namizədlər və rayon (şəhər) təşkilatlarının rəhbərləri ilə müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçın Ağamalı bələdiyyə seçkilərində AVP- nin uğurla çıxış etdiyini qeyd etdi. Statistik məlumatları müşavirə iştirakçılarının nəzərinə çatdıraraq bildirildi ki, partiya 1000-dən artiq namizəd irəli sürmüş və bunlardan da 572 nəfəri qeydiyyatdan keçmişdir. 3000-ə yaxın müşahidəçinin siyahısı DSK-lara təqdim olunmuşdur.
Çıxış edən bələdiyyə üzvülüyünə namizədlər və partiyanın sturuktur rəhbərləri Y.Hacıyeva, F.Qafarova, N.Ağayev, B.Mustafayev və digərləri bildirdilər ki, Ana Vətən Partiyası bələdiyyə seçkilərində hər zaman yüksək nəticələr əldə edib. Qeyd olundu ki, bu seçkilərdə də seçki kompaniyası uğurla davam edir. AVP-dən bələdiyyə üzvlüyünə namizəd seçilmiş qadınların sayındakı artım da partiyanın qadınlara etimadının və qayğısının yüksək olduğunu göstərir. Həmçinin seçki kampaniyasında bələdiyyələrə namizədlərin seçiciləri ilə görüşlərinin təşkili, seçki platformalarının seçicilərə təqdimatı ilə bağlı müzakirələr aparıldı.
Müşavirənin sonunda Ana Vətən Partiyasının Mərkəzi Aparatı tərəfindən rayon(şəhər) təşkilatı sədrlərinə və namizədlərə müvafiq tapşırıqlar verildi.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər