Deputatın qardaşı pul paylayır
2-10-2010, 17:35
Oxunub: 9 074

Gülhüseyn Əhmədovun qardaşı Xanhüseyn Əhmədov səs yığmaq üçün başqa yol tapa bilməyib
62 saylı Saatlı seçki dairəsindən namizədliyini irəli sürmüş deputat Gülhüseyn Əhmədov indiyə qədər qazanmadağı hörmət üzündən seçkilərdə səs yığa bilməyəcəyinin fərqinə varıb."Bolgexeber"-ə verilən məlumatda deyilir ki, deputat hətta imzatoplama kampaniyası çərçivəsində bir sıra problemlərlə üzləşdiyindən belə bir qənaətə gəlib.
Mənbə bildirir ki, seçkilərdə əhalidən səs ala bilməyəcəyini görən G.Əhmədov belə qərara gəlib ki, vəziyyəti dəyişmək üçün bəzi addımlar atsın. Həmin addımlardan biri də əhalini pulla ələ almaqdan ibarətdir. "Bolgexeber"-ə çatan məlumatlara görə, iki gün əvvəl deputatın qardaşı Xanhüseyn Əhmədov (Meşə Təsərrüfatı İdarəsinin müdiri və rayonda oliqarx kimi tanınır -red.) camaatı başına yığaraq, pul paylamaqla məşğul olub. Belə ki, o, Saatlı rayon İcra Hakimiyyətinin binasının düz böyründə camaatı başına yığaraq, onlara nümayişkəranə şəkildə pul paylayıb.
P.S. Xatırladaq ki, Xanhüseyn Əhmədovun başqa bir qalmaqallı işi meydana çıxıb. Belə ki, onun rayonda 1500 hektar torpaq sahəsini qeyri-qanuni olaraq zəbt etməsi və bu sahələrə görə, dövlətdən hər hektara görə, 40 manat aldığı barədə məlumatlar var. Yaxın günlərdə bununla bağlı məlumatları diqqətinizə çatdıracağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər