BolgeXeber.Com » Siyasət » 2012-ci ildə nələr olacaq?

2012-ci ildə nələr olacaq?

13-12-2011, 09:35
Oxunub: 5 510 CFR-in hazırladığı hesabatda gələn il dünyada bir sıra dəhşətli geosiyasi olaylar yaşanacaq

2012-ci illə bağlı müxtəlif kəhanətlər mövcuddur. Bu sıraya isə daha biri əlavə olunmaqdadır. Dünyanın ən aparıcı analitik mərkəzlərindən biri olan Council on Foreign Relations (CFR) 4 gün əvvəl maraqlı bir hesabat hazırlayıb. Bolgexeber.com-un məlumatına görə, "Preventive Priorities Survey: 2012" adlı həmin hesabatda gələn il dünyada yaşanacaq geopolitik böhranların xəritəsi əks olunub.

Araşdırmanın məqsədi Amerikalı siyasətçilərin böhran yarana biləcək bölgələrə diqqətlərini yönəltməsinə nail olmaqdır. Həmçinin araşdırma mərkəzi siyasətçilərin bu böhranları aradan qaldırmaq üçün indidən düşünmələrini təmin etmək də hədəflər sırasındadır.

CFR həmin xəritəni hazırlayan zaman dünyanın ən aparıcı analitik və bilginlərinə müraciət edib. Onların yardımı və proqnozları ilə 2012-ci ilin böhran xəritəsi üç kateqoriyaya bölünüb. Həmin kateqoriyalarda böhranın yaşanacağı yerlər ağırlığından yüngüllüyənə doğru sıralanıb.

Birinci kateqoriya «Çəhrayı bölgə» adlanır. Əsasən, ABŞ torpaqlarına edilə biləcək hücumları, ABŞ-ın imza atdığı birgə müdafiə müqavilələri üzündən meydana çıxması ehtimal olunan böhranlar və ABŞ üçün kritik əhəmiyyətdəki strateji qayqanları gözləyən təhdidlər əks olunub.

İkincisi «Narıncı bölgə»dir. ABŞ üçün starteji önəmə sahib, ancaq qarşıqılı müdafiə müqaviləsi olmadığı üçün müdaxilə məsuliyyəti daşımayan ölkələri əhatə edir. Türkiyə də bu bölgəyə daxil edilib. Deməli, NATO müqaviləsi fərqli dəyərləndirilib.

Üçüncüsü «Sümük rəngi» kateqoriyasına aid edilib. Bu bölgəyə xeyli sayda insan ölümlərinin yaşana biləcəyi, amma ABŞ üçün məhdud əhəmiyyət daşıyan ölkələr daxildir.

«Çəhrayı bölgə»də yaşana biləcəklər:

- Şimali Koreyada ciddi böhran.
- Çin və ABŞ hərbi güclərini üz-üzə gətirə biləcək böyük bir hərbi hadisə.
- İranın baş rolda olduğu nüvə böhranı.
- ABŞ-ın bazis sisteminə yönəlik kritik bir siber-hücum.
- Meksikadakı narkotik ticarətinin yol açdığı dəhşətli olayların ABŞ-a sıçraması.
- ABŞ və Pakistanın hərbi baxımdan üz-üzə gəlməsi.
- AB-yə təsir edən borc böhranının daha da şiddətlənməsi nəticəsində avrounun çökməsi.
- Səudiyyə Ərəbistanında meydana gələcək siyasi böhranın neftin qiymətinə ciddi təsir etməsi.

«Narıncı bölgə»də yaşana biləcəklər:

- Aralıq dənizində İsraillə Türkiyə arasındakı gərginlik artaraq, hərbi olaya səbəb olması.
- Hindistanla Pakistan arasında hərbi böhran.
- Cənubi Çin dənizində müqayisəli ərazilər üzündən hərbi toqquşma.
* Bəhreyndə siyasi sabitliyin pozulması və buna görə, Səudiyyə Ərəbistanı ilə İranın üz-üzə gəlməsi.
- İsrailə böyük itkilərə yol açacaq bir hücum.