Oqtay Əsədovun 57 yaşı tamam olub
3-01-2012, 17:05
Oxunub: 6 089
Yanvarın 3-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun 57 yaşı tamam olub.
O.Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. 1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci (2000-ci il), üçüncü (2005-ci il) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də 8 saylı Binəqədi birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2005-cı ildən parlamentin Sədri vəzifəsində çalışır.
MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Dövlətlərin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Evlidir, 2 övladı var.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər