BolgeXeber.Com » Siyasət » 5 partiya hərəkat yaradıb

5 partiya hərəkat yaradıb

6-01-2012, 19:20
Oxunub: 4 587 Bu gün Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında bir neçə partiya sədrinin iştirakı ilə toplantı keçirilib.

KXCP-nin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev və Azadlıq Partiyasının sədri Əhməd Oruc iştirak ediblər.

Yığıncaqda Hərəkatın yaradılması ilə bağlı qərar qəbul olunub.

Növbəti toplantı 2012-ci il yanvar ayının 9-da keçiriləcək.