Rauf Denktaş yenə xəstəxanaya düşdü
9-01-2012, 10:50
Oxunub: 6 387
Şimali Kipr Türkiyə Respublikasının (KKTC) sabiq və ilk prezidenti Rauf Denktaş ötən gecə xəstəxanaya çatdırılıb.
Yerli vaxtla saat 23.50-də (Bakı vaxtıyla 01.50) Yaxın Doğu universitetinin (YDU) xəstəxanasına aparılan sabiq prezidentin bədənində su itkisi olduğu bildirilir. Hazırda müayinə prosesi getdiyini deyən YDU rəsmisi Əhməd Savaşan bundan dərhal sonra Denktaşın müalicəsinə başlanacağını bildirib. Savaşan həmçinin ətraflı məlumatın səhər veriləcəyini də qeyd edib.
Xatırladaq ki, keçən il may ayının 24-də vəziyyəti pisləşərək xəstəxanaya aparılan Rauf Denktaşın beyninə qan sızmış və onun sol tərəfi iflic olmuşdu. Oktyabrın 29-da xəstəxanadan evə buraxılan Denktaş ilk dəfə dekabrın 15-də bayıra çıxmış və “Mənim barəmdə `ölür` deyirdilər, bayıra çıxdım” – demişdi .
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər